...

Almaniya enerji obyektlərinin bərpası üçün Ukraynaya 24,5 milyon avro ayırıb

Dünya xəbərləri Materials 28 Noyabr 2023 01:36 (UTC +04:00)
Almaniya enerji obyektlərinin bərpası üçün Ukraynaya 24,5 milyon avro ayırıb

Bakı. Trend:

Almaniya rəhbərliyi ölkənin "KfW" dövlət bankı vasitəsilə enerji obyektlərinin bərpası və mühafizəsi üçün Ukraynanın "Ukrenerqo" şirkətinə 24,5 milyon avro ayırıb.

Trend-in məlumatına görə, bu barədə "Ukrenerqo"nun rəhbəri Vladimir Kudritski deyib.

"Almaniya hökuməti "KfW" bankı vasitəsilə Ukrayna enerji sisteminin sabitliyini gücləndirmək üçün 24 milyon avro kredit, həmçinin 0,5 milyon avro qrant vəsaiti ayırıb", - deyə o bildirib.

V.Kudritski qeyd edib ki, ayrılan vəsait yüksək gərginlikli qurğuların bərpasına və onlar üçün mühafizə strukturlarının tikintisinə, eləcə də Avropa enerji sistemi ilə texniki əlaqələrin gücləndirilməsinə yönəldiləcək. O, həmçinin əlavə edib ki, “Ukrener1o” artıq Almaniyadan 220 milyon avrodan çox kredit və qrant vəsaiti alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti