...

İran və Oman birgə hərbi təlimlər keçirib

Dünya xəbərləri Materials 1 Dekabr 2023 05:35 (UTC +04:00)
İran və Oman birgə hərbi təlimlər keçirib

Bakı. Trend:

Hind okeanının şimal hissəsində və Hörmüz boğazında İran İslam Respublikası və Oman Sultanlığının hərbi-dəniz qüvvələrinin gəmiləri və aviasiya bölmələrinin iştirak etdiyi axtarış-xilasetmə təlimləri keçirilib.

Trend -in məlumatına görə, bu 11-ci axtarış-xilasetmə təlimi döyüş hazırlığının artırılması və dəniz təhlükəsizliyi ssenariləri çərçivəsində bağlanmış razılaşmaların həyata keçirilməsi məqsədilə keçirilib.

Təlim Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi altında hərbi dəniz bazasının əməliyyat planları əsasında həyata keçirilib. Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Limanlar və Gəmiçilik İdarəsi, Dəniz Polisi və Oman Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri və aviasiya bölmələri Hind okeanı və Hörmüz boğazı sularında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti