...

İndoneziyada vulkan püskürməyə başlayıb

Dünya xəbərləri Materials 3 Dekabr 2023 18:04 (UTC +04:00)
İndoneziyada vulkan püskürməyə başlayıb

Bakı. Trend:

İndoneziyanın Sumatra adasında Marapi vulkanı püskürməyə başlayıb.

Trend-in məlumatına görə, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Riskin Azaldılması Mərkəzinin rəhbəri Hendra Qunavana deyib.

"Şərqə doğru gedən güclü boz kül sütunu müşahidə edilib. Püskürmə hələ də davam edir", - deyə o bildirib.

Kül vulkanın zirvəsindən 3 min metr yüksəkliyə qalxıb. Vulkanın hündürlüyü 2891 metr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti