Bakı. Trend:
Bu gün səhər yerli vaxtla 05:34-də İranın şimal-şərqində yerləşən Şimali Xorasan vilayətinin Bocnurd-Esfərayin magistral yolunda sərnişin avtobusu aşıb.
Trend-in məlumatına görə, avtobusun aşması nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
Yaralılar vilayətin xəstəxanalarına yerləşdiriliblər.
Bildirilir ki, qəzaya avtobus sürücüsünün sürət həddini aşması səbəb olub.