Bakı. Trend:
Dekabrın 11-də Ukraynanın paytaxtı Kiyevdə bir sıra partlayışlar olub.
Trend xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsi məlumat yayıb.
Partlayışlardan sonra Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib.
İlkin məlumata görə, şəhərin Darnitski rayonunda biri uşaq, iki nəfər yetkin şəxs olmaqla üç nəfərin xəsarət aldığı deyilsə də, daha sonra hamısı yetkin şəxs olmaqla dörd nəfərin xəsarət aldığı qeyd olunub.
Həmçinin, bölgədə tikililərin də xəsarət aldığı bildirilib.