...

Rusiya və İran dövlətlərarası saziş imzalamaq üzrədir - Novak

Dünya xəbərləri Materials 11 Dekabr 2023 12:20 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avrasiya İqtisadi Birliyi ölkələri dekabr ayında İranla azad iqtisadi zona haqqında müqavilə imzalayacaq. Bundan başqa, Moskva və Tehran dövlətlərarası saziş imzalamaq üzrədir.

Trend xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın "Rossiya 1" telekanının efirində deyib.

"Yaxın zamanda bir sıra mühüm sənəd imzalanacaq. Dekabr ayında İran və Avrasiya İqtisadi Birliyi arasında azad iqtisadi zona haqqında müqavilə imzalanacaq, həmçinin, yaxın vaxtda əsas sənəd - dövlətlərarası saziş imzalamaq üzrəyik", - Novak deyib.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti İbrahim Rəisi Moskvada geniştərkibli görüş keçirib, daha sonra danışıqları işgüzar nahar formatında davam etdiriblər.

"Prezident Putin və prezident Rəisi maliyyə-bank münasibətləri və hesablaşmalardan başlayaraq bütün icari-iqtisadi münasibətlər zəncirini ətraflı müzakirə ediblər və hesablaçmaları daha asan icra etmək üçün buna çox böyük diqqət ayrılıb", - deyə Novak əlavə edib.

Xatırladaq ki, avqust ayında İranın Rusiyadakı səfiri Kazım Cəlali Tehranla Moskva arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında yenilənmiş müqavilənin ilin sonunadək bağlana biləcəyini qeyd edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti