...

İlon Mask Texasda universitet açmağı planlaşdırır

Dünya xəbərləri Materials 14 Dekabr 2023 02:51 (UTC +04:00)
İlon Mask Texasda universitet açmağı planlaşdırır

Bakı. Trend:

“SpaceX”, “Tesla” şirkətlərinin, eləcə də “X” sosial şəbəkəsinin sahibi İlon Mask Texas ştatının Ostin şəhərində universitet açmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

Məlumata əsasən, əvvəlcə təbiət elmləri, texnologiya, mühəndislik və riyaziyyat təmayüllü məktəb açılacaq. Sonra ən yüksək səviyyədə təhsil verəcək universitet yaradılacaq. Təhsil müəssisələri təcrübəli müəllimlərdən ibarət olacaq və ənənəvi kurrikulumlarla, “etməklə öyrənmə”, o cümlədən simulyasiyalar, nümunələr, layihə və laboratoriya işləri ilə birləşdiriləcək.

Qeyd edək ki, Ostin şəhəri həm də İlon Mask tərəfindən qurulan “Tesla”nın qərargahının yerləşdiyi yerdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti