Bakı. Trend:
İsrail HƏMAS-ın israilli girovları azad etməsi müqabilində Qəzza zolağında növbəti humanitar fasiləyə hazır olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə İsrailin prezidenti İsxak Hersoq bildirib.
"The Jerusalem Post" qəzetinin verdiyi məlumata əsasən, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Qəzza zolağında ən azı 129 israilli və əcnəbi vətəndaş hələ də girov saxlanılır.
İsrail prezidenti həmçinin bildirib ki, “İsrailin tərəfdaşları ilə bürokratik fikir ayrılıqları həll olunarsa” Qəzza zolağının sərhədindən gündəlik keçən yük maşınlarının sayı üç dəfə artırıla bilər. Onun sözlərinə görə, hazırda sərhəddə hər gün 200 yük maşını yoxlanılır.
Onun sözlərinə görə, İsrail tərəfi “anklavın mülki əhalisinin təhlükəli ərazilərdən çıxarılması üçün mümkün olan hər şeyi edir”.