Bakı. Trend:
Şənbə və bazar günləri Nigeriyanın mərkəzindəki Plato əyalətinin bir neçə kəndinə silahlı qruplar tərəfindən həyata keçirilən hücumlarda ən azı 160 nəfər həlak olub. Daha 3 minə yaxın insan zorakılıq təhlükəsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Trend-in məlumatına görə, bu barədə AFP agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Nigeriya ordusunun sözçüsünə görə, insident dekabrın 24-dən 25-nə keçən gecə Plato əyalətinin Muşu kəndində baş verib.
Qeyd edək ki, may ayından bəri Nigeriyada icmalararası toqquşmalar artıb. Qarşıdurmaların əsas səbəbi torpaq sahələri və su ehtiyatlarına çıxışla bağlı mübahisələrdir.