...

Türkiyədə "Çember-10" əməliyyatları - 5 min nəfər saxlanılıb

Dünya xəbərləri Materials 7 Yanvar 2024 12:22 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 81 vilayətində keçirilən "Çember-10" əməliyyatları ilə barələrində axtarış elan edilmiş 4853 qaçaq şəxs saxlanılıb.

Trend-in xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində məlumat verib.

Yerlikaya bu şəxslərin 4780 nəfərinin 5 ilə qədər, 33 nəfərinin 5-10 il, 40 nəfərinin isə 10 il və daha çox müddətdə axtarışda olduğunu bildirib.

Nazir saxlanılan şəxslərdən 867 nəfərin oğurluq, 355 nəfərin dələduzluq, 167 nəfərin talan, 53 nəfərin adam öldürmə, 123 nəfərin cinsi cinayət, 948 nəfərin narkotik cinayəti, 66 nəfərin terror, 532 nəfərin isə qaçaqmalçılıq və mütəşəkkil cinayətlərdə şübhəli bilindiyini qeyd edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti