...

İsrail "Hizbullah"la hərbi toqquşmaya girə bilər - Sabiq müdafiə naziri

Dünya xəbərləri Materials 7 Yanvar 2024 15:31 (UTC +04:00)
İsrail "Hizbullah"la hərbi toqquşmaya girə bilər - Sabiq müdafiə naziri
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail lazım gələrsə, "Hizbullah"la hərbi toqquşmaya girə bilər.

Trend xəbər verir ki, bu barədə İsrailin sabiq müdafiə naziri Benni Qantz "X" sosial şəbəkəsində paylaşımında deyib.

Onun sözlərinə görə, İsrail Qəzza zolağında vəziyyətin siyasi həllində maraqlıdır. Lakin bu, baş verməzsə, İsrail dövləti və İsrail Müdafiə Qüvvələri təhdidi aradan qaldıracaq.

İsrailin təhlükəsizliyinin prioritet olduğunu deyən Qantz, İsrail hərbi kabinetinin də eyni mövqedə olduğunu bildirib.

"Bu, hər bir ölkənin öz vətəndaşları qarşısında borcudur", - o yazıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti