...

Bu ölkə Rusiya ilə sərhədin bağlanmasını uzatmaq niyyətindədir

Dünya xəbərləri Materials 5 Fevral 2024 18:57 (UTC +04:00)
Bu ölkə Rusiya ilə sərhədin bağlanmasını uzatmaq niyyətindədir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya Rusiya ilə sərhədin bağlanmasını uzatmaq istəyir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Finlandiya hakimiyyəti qərarı fevralın 8-də ölkənin Nazirlər Kabinetinin iclasından sonra rəsmən elan edəcək.

Qeyd olunur ki, hakimiyyət orqanlarının qərarına ölkədə sığınacaq almaq istəyən miqrantların faktiki sayı təsir etmir. Məntəqələrin bağlanması nəticəsində onlar Rusiya ərazisində qalırlar.

“Sərhədin bağlanmasının uzadılması qərarı Rusiya ilə (keçid məntəqələrində) vəziyyətin dəyişməməsi ilə əsaslandırılacaq”, - məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti