...

Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişinə dəyişiklik Türkiyədə qüvvəyə minib

Dünya xəbərləri Materials 1 Mart 2024 10:21 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişinə dəyişiklik Türkiyədə qüvvəyə minib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” protokol Türkiyədə qüvvəyə minib.

Trend xəbər verir ki, sözügedən protokol 2023-cü il aprelin 29-da Samsun şəhərində imzalanıb.

Sənəd Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin sözügedən dövrdə ticarət naziri olan Mehmet Muş tərəfindən imzalanıb.

Qeyd edək ki, iki ölkə arasındakı xarici ticarətin həcmi 2016-cı ildəki 2.3 mlrd. ABŞ dollarından 2021-ci ildə iki dəfə artaraq təqribən 5 mlrd. ABŞ dollarına bərabər olub. 2022-ci ilin yanvar-sentyabr aylarına isə bu rəqəm artıq 4.2 ABŞ dollarına çatıb. 25 fevral 2020-ci il tarixində iki dövlət arasında güzəştli ticarətin təşviqi məqsədilə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi (PTS) imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti