Bakı. Trend:
Belçika polisi terror aktı hazırlamaqda şübhəli bilinərək üçü azyaşlı olmaqla 4 nəfəri saxlayıb.
Trend-in məlumatına görə, bu barədə "RTBF" televiziya kanalı xəbər verib.
Terrorçularla əlaqəsi olan şəxslərin terror aktı törətməsinə hazırlıqla bağlı müzakirələr messenger vasitəsilə aparılıb.
Ölkə hakimiyyəti terror aktının qarşısını almaq üçün ehtiyat məqsədi ilə təqsirləndirilən şəxslərin planlarına müdaxilə etmək qərarına gəliblər.
Lakin saxlanılanların üzərində heç bir silah və ya partlayıcı tapılmayıb.