...

ABŞ Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb

Dünya xəbərləri Materials 4 Mart 2024 21:31 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb.

Trend xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

"Mən qərara aldım ki, Ukrayna ilə əlaqədar 13660 saylı İcra Sərəncamı ilə yaradılmış milli fövqəladə vəziyyətin uzadılmasının zəruriliyi var", - deyə Baydenin Konqresə göndərdiyi məktubda bildirilib.

Qeyd edək ki, ABŞ-nin Rusiyaya qarşı sanksiyaları 2014-cü il martın 6-da tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti