Bakı. Trend:
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK terror təşkilatının daha bir terrorçusu Hüsnü Kümeki İraqın Süleymaniyyə bölgəsində keçirilən əməliyyatla zərərsizləşdirib.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, vaxtilə PKK-nin "rəhbər" şəxsləri olan Cəmil Bayık və Duran Kalkanın kuryeri və mühafizəçisi olan Hüsnü Kümekin Süleymaniyyədə gizli fəaliyyət həyata keçirdiyi müəyyən edilib.
Qeyd olunub ki, Hüsnü Kümek Süleymaniyyə və Kelar bölgələrində PKK terror təşkilatı üçün təlimlər keçirib, o cümlədən, əldə etdiyi kəşfiyyat materiallarını təşkilatın "rəhbərliyi"nə çatdırıb, həmçinin, bölgə əhalisini Türkiyə dövlətinə qarşı qaldırmaqla məşğul olub.
