...

Ukrayna Avropanın ən böyük silah idxalçısına çevrilib

Dünya xəbərləri Materials 11 Mart 2024 14:54 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna son 5 il ərzində Avropanın ən böyük silah idxalçısına çevrilib.

Trend xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dünya ölkələrinin silah ixracı ilə bağlı göstəricilərini əks etdirən hesabatda deyilir.

Hesabata əsasən, dünyada silah tədarükünün 68 faizi Asiya və Okeaniya ölkələrinin payına düşüb. Yaxın Şərq və Afrika ölkələrinin payına isə silah idxalının müvafiq olaraq 13 və 10 faizləri düşüb.

Bundan başqa, dünyanın ən böyük silah idxalçıları siyahısına Hindistan (34 faiz), Çin (21 faiz) və Misir (7,5 faiz) daxil olub.

Hesabatda qeyd olunduğu kimi, ABŞ 2019-2023-cü illərdə dünyanın 107 ölkəsinə əsas silah tədarük edib ki, bu da öncəki dövrlərlə müqayisədə artım deməkdir.

Fransa isə 64 ölkəyə əsas silah tədarük edib. Fransadan ən çox silah tədarük edən ölkə Hindistan (30 faiz) olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti