Bakı. Trend:
İtalya modelyeri Roberto Kavalli 83 yaşında vəfat edib.
Trend xəbər verir ki, modelyer uzun sürən xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Roberto Kavalli 1940-cı il noyabrın 15-də İtaliyanın Florensiya şəhərində anadan olub.
Gənc yaşlarından dəblə maraqlanan Kavalli 1970-cı ildə öz adı və soyadına uyğun geyim brendini təsis edib.