Bakı. Trend:
Türkiyənin Antalya şəhərində axşam saatlarında baş vermiş kanat xətti qəzasında bir nəfər ölüb, 10 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial şəbəkədə açıqlayıb.
Qeyd edək ki, dünən Türkiyənin Antalya şəhərinin Konyaaltı bölgəsində kanat xəttinin dirəklərindən birinin aşması nəticəsində xəttin vaqonlarından biri qayalıq əraziyə düşüb.