Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan İran mərmilərinin çoxunu zərərsizləşdirib, lakin israillilər yüksək hazırlıq vəziyyətində qalmalıdırlar.
Trend xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirilib.
“ABŞ və digər tərəfdaşlarla birlikdə İsrail dövlətinin ərazisini müdafiə edə bildik – bu, IDF-nin təsirli hərəkətlərinin nəticəsidir – biz ən böyük hücum dalğasının qarşısını aldıq və bunu uğurla həyata keçirdik”, - deyə nazir bildirib.
Qeyd edək ki, İran aprelin 14-də İsrailə qarşı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı İsrailə onlarla PUA və raket zərbələri endirilib.