...

Beynəlxalq Cinayət Məhkəməsi İsrail və HƏMAS lidelərinin həbsinə orderlər hazırlayır - KİV

Dünya xəbərləri Materials 29 Aprel 2024 11:41 (UTC +04:00)
Beynəlxalq Cinayət Məhkəməsi İsrail və HƏMAS lidelərinin həbsinə orderlər hazırlayır - KİV
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Cinayət Məhkəməsi HƏMAS lidelərinin həbsinə orderlər hazırlayır.

Trend xəbər verir ki, bu barədə "The New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.

Bundan başqa, qeyd olunub ki, Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağındakı münaqişə ilə bağlı ittihamlarla əlaqədar olaraq İsrailin bir sıra yüksək vəzifəli dövlət məmurlarının həbsinə də order verə bilər.

Nəşr yazır ki, İsrail rəsmiləri Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmaqda və HƏMAS-ın 7 oktyabr tarixli hücumuna hədsiz sərt reaksiya verməkdə ittiham oluna bilər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti