...

Şimali Koreya reaktiv atəş sistemindən istifadə edərək atışılar keçirib

Dünya xəbərləri Materials 31 May 2024 04:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya Silahlı Qüvvələrinin addımlarına cavab olaraq, Şimali Koreya ultra iri çaplı reaktiv yaylım atəş sistemlərinin (RYAS) iştirak etdiyi atışlar keçirib.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

Məlumata əsasən, atışların məqsədi “hər an qabaqlayıcı zərbədən belə imtina etmədən, fövqəladə güclü və böyük hərbi vasitələrdən istifadə etməklə ölkənin suverenliyini və təhlükəsizliyini təmin etmək" iradəsini nümayiş etdirmək idi.

Şimali Koreya lideri Kim Çen In “şəxsən atışlarln təşkili əmrini verib və ona yerindəcə nəzarət edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti