...

Kanada hərbi texnologiyalar sahəsində "AUKUS" ilə əməkdaşlıq etmək istəyir

Dünya xəbərləri Materials 2 İyun 2024 07:41 (UTC +04:00)

Bakı. Trend:

Kanada "AUKUS" alyansı (Avstraliya, Böyük Britaniya, ABŞ) ilə bir neçə sahədə qeyri-nüvə hərbi silahlarının birgə inkişafını nəzərdə tutan ikinci komponent çərçivəsində əməkdaşlıq etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Kanadanın müdafiə naziri Uilyam Bler Sinqapurda "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı deyib.

"Əminəm ki, müttəfiqlərimiz ikinci komponent üzrə bu əməkdaşlıq formatını inkişaf etdirdikcə, Kanada da onun bir hissəsi olacaq", - deyə o bildirib. Nazir qeyd edib ki, ölkəsi “süni intellekt, kvant fizikası, sensorlar” və digər texnologiyalar sahələrində böyük töhfələr verə bilər.

Eyni zamanda, U.Blerin fikrincə, Kanadanın özü belə tərəfdaşlıqdan faydalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti