...

Bursada meşəlik ərazidə yanğın - Bölgəyə çox sayda texnika cəlb edilib

Dünya xəbərləri Materials 4 İyun 2024 18:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Bursa vilayətinin Orhaneli bölgəsində yerləşən meşəlik ərazidə yanğın baş verib.

Trend xəbər verir ki, yanğının söndürülməsi üçün bölgəyə 38 quru texnikası, 3 helikopter və iki ədəd 2 AT 805 tipli yanğınsöndürmə təyyarəsi cəlb olunub.

Yerli vaxtla təxminən saat 13.30 radələrində başlayan yanğın bölgədə əsən küləyin təsiri ilə qısa müddət ərzində geniş əraziyə yayılıb. Alovlara müdaxilə davam edir.

Xəbər lenti

Xəbər lenti