Bakı. Trend:
Rusiya, Çin və İran Qərb ölkələrini İslam Respublikasının nüvə proqramı ilə bağlı münaqişənin diplomatik yolla həllini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) bərpa etməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının altıncı iclasına həsr olunan üç ölkənin birgə bəyanatında deyilib.
"Çin Xalq Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası əmindirlər ki, Qərb ölkələrinin tərəflərin iki ilə yaxındır ki, çıxış yolu tapa bilmədiyi davam edən gərginlik silsiləsini dayandırmaq üçün siyasi iradə nümayiş etdirmələrinin, Birgə Hərtərəfli Fəaliyyət Planını bərpa etmək üçün rəhbərlik etmələrinin və lazımi addımları atmalarnın vaxtı çatıb. Bunu etmək hələ də mümkündür", - deyə sənəddə bildirilib.
