Bakı. Trend:
Gürcüstan-Rusiya sərhədində "Kazbegi" və "Yuxarı Lars" gömrük-keçid məntəqələri fəaliyyətini müvəqqəti dayandırıb.
Trend xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Qeyd olunub ki, məntəqələr Devdoraki çayında suyun səviyyəsinin artması ilə əlaqədar olaraq bağlanıb.
Əməkdaşlar və sərnişinlər təhlükəsiz zonaya keçirilib.