...

Rusiyada polisə miqrantları məhkəməsiz deportasiya etmək hüququ verildi

Dünya xəbərləri Materials 14 İyun 2024 16:25 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada polisə miqrantları məhkəməsiz deportasiya etmək hüququ verilib.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Belə ki, Rusiya Dövlət Dumasının dövlət quruculuğu komitəsi deputatlara Daxili İşlər Nazirliyinin əməkdşlarına əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Rusiyadan çıxarmaq hüququ verən qanun layihəsini birinci oxunuşda qəbul etməyi tövsiyə edib.

Qeyd edək ki, sözügedən qanun layihəsi aprel ayında Rusiya Dövlət Dumasına təqdim olunub. Qanun layihəsi əcnəbiləri ölkədən çıxarmaq səlahiyyətinin təkcə məhkəmə və sərhəd işçilərinə deyil, Rusiya DİN əməkdaşlarına da verilməsini nəzərdə tutur.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti