Bakı. Trend:
Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya 50 milyard dollarlıq kreditin verilməsində heç bir hüquqi ziddiyyət yoxdur.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen deyib.
Nazir Rusiya prezidenti Vladimir Putinin Rusiyanın dövlət aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın xeyrinə istifadəsinin oğurluq olduğu iddiasını rədd edib.
"Heç bir halda oğurluqdan söhbət gedə bilməz. Rusiya aktivləri bu qurumda qalır. Onlar hərəkətsizdir. Rusiya sərmayələrinin müddəti artıq başa çatıb", - nazir əlavə edib.