...

Belarus XİN Ermənistana nota verib

Dünya xəbərləri Materials 21 İyun 2024 18:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belarus Xarici İşlər Nazirliyi Ermənistana nota verib.

Trend xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.

Bildirilib ki, Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb.

"İyunun 21-də Belarus Xarici İşlər Nazirliyində MDB ölkələri ilə ikitərəfli əməkdaşlıq departamentinin rəhbəri Sergey Molunovla Ermənistan Respublikasının Ermənistandakı müvəqqəti işlər vəkili Narek Tiraturyan arasında görüş keçirilib.

Diplomatlar ikitərəfli münasibətlərin bir sıra aktual məsələlərini, ticarət-iqtisadi əməkdaşlığın perspektivlərini və birgə inteqrasiya strukturlarında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. İki xalq arasında çoxillik dostluq əlaqələri vurğulanıb”, - XİN-in bəyanatında deyilir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl Azərbaycandakı bəyanatlarına görə prezident Lukaşenko orada olduğu müddətdə heç vaxt Belarusa səfər etməyəcəyini bəyan etmişdi.

“Lukaşenko orada prezident olduğu müddətdə nə mən, nə də başqa erməni rəsmisi Belarusa səfər etməyəcəyik".

Paşinyanın bəyanatlarına cavab olaraq Belarus Xarici İşlər Nazirliyi bildirib ki, Minsk Ermənistan baş nazirinin “impulsiv bəyanatlarını” sakitliklə qiymətləndirir.

Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovski bildirib ki, Belarus Respublikası Ermənistandakı daxili siyasi proseslərə, eləcə də, İrəvanın xarici siyasətinə qarışmır, lakin bu ölkə qarşılıqlılıq prinsiplərinə əsaslanaraq tərəfdaşlarından və müttəfiqlərindən analoji addımlar gözləyir.

Xəbər lenti

Xəbər lenti