Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri Qəzzanın Nuseyrat bölgəsində "HƏMAS" silahlılarına hədəfli zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusu "Telegram" kanalında bildirib.
"Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatlarına əsaslanaraq və dəqiq idarə olunan sursatlardan istifadə edərək Nuseyrat bölgəsində məktəb binalarından sığınacaq kimi istifadə edərək terror fəaliyyəti həyata keçirən bir neçə terrorçuna zərbəıər endirib", - deyə bildirilib.