Bakı. Trend:
Böyük Britaniya İtaliya və Yaponiya ilə birlikdə Farnboroda keçirilən beynəlxalq aviasiya sərgisində (22-26 iyul) altıncı nəsil qırıcının yeni konseptual modelini təqdim ediblər.
Trend xəbər verir ki, bu barədə "BAe Systems" müdafiə korporasiyasının rəhbərlərindən biri German Klasen jurnalistlərə deyib.
Onun sözlərinə görə, yeni nəsil qırıcı 2035-ci ilə hazır olacaq. "Global Combat Air Programme (GCAP)" layihəsi üzrə ilkin işlər əsasən tamamlanıb.
Klasen bildirib ki, tərəfdaşlar, o cümlədən "Mitsubishi Electric", "Leonardo" şirkəti 2025-ci ildə qırıcının layihələndirmə və tərtibat mərhələsinə keçid edəcəklər.
O qeyd edib ki, 18 ay əvvəl "GCAP" işə salınandan britaniyalılar İtaliya və Yaponiyadan sənaye tərəfdaşları, eləcə də hər üç ölkənin hökuməti ilə qırıcıya dair tələblərin formalaşması və razılaşdırılması üzrə sıx əməkdaşlıq edirlər.
"Sınaqlar keçirməyə və proqramın növbəti mərhələsinə yaxınlaşdıqca dizaynı inkişaf etdirməyə davam edəcəyik", - Klasen əlavə edib.