...

Gürcüstanda “Xarici agentlər haqqında” qanuna qarşı iddialar birləşdirilir

Dünya xəbərləri Materials 29 İyul 2024 19:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan prezidenti Salome Zurabişvili, müxalif deputatlar, eləcə də qeyri-hökumət təşkilatlarının “Xarici agentlər haqqında” qanuna qarşı Konstitusiya Məhkəməsinə təqdim etdikləri iddialar birləşdiriləcək.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə məhkəmənin sədri Merab Turava məlumat verib.

“Hər üç iddiaya bir iş çərçivəsində baxılacaq. Bizə həm iddiaları oxumaq, həm də müqayisəli hüquqi araşdırma aparmaq üçün ən azı bir ay vaxt lazımdır”, - sədr qeyd edib.

Qeyd edilir ki, “Xarici agentlər haqqında” qanuna qarşı irəli sürülən iddiaları öyrənmək və hüquqi qiymət vermək üçün Konstitusiya Məhkəməsinə minimum bir ay vaxt tələb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti