ABŞ Ukraynaya növbəti yardım paketi ayırıb

Dünya xəbərləri Materials 30 İyul 2024 11:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bayden Administrasiyası Ukraynaya əlavə təhlükəsizlik yardımı paketi ayırdığını açıqlayıb.

Trend-in ABŞ Müdafiə Departamentinə istinadən verdiyi məlumata görə, 1,7 milyard dollar təşkil edən paket 2 hissədən ibarətdir.

200 milyon dollarlıq paketə zenit raketləri, raket artilleriya sistemləri üçün sursatlar və tank əleyhinə silahlar daxildir.

1,5 milyard dollarlıq paket isə Ukraynaya Təhlükəsizlik Yardımı Təşəbbüsü (UTYT) çərçivəsində ayrılıb.

Bu 2021-ci ilin avqustundan bu yana ABŞ ehtiyatlarından ayrılan 62-ci və UTYT çərçivəsində ayrılan 20-ci yardım paketidir.

Xəbər lenti

Xəbər lenti