...

Türkiyənin elektrik avadanlıqları ixracı 9 milyard dolları ötüb

Dünya xəbərləri Materials 5 Avqust 2024 17:19 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq 9,3 milyard dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

“Bu ilin iyul ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 12,3 faiz çoxdur”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023- iyul 2024) Türkiyə 16,3 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Xəbər lenti

Xəbər lenti