Bakı. Trend:
İsrailə uçuşları dayandıran aviaşirkətlərin sayı 20-yə çatıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Uçuşlara qadağa qoyan hava yolları şirkətləri arasında İrlandiyanın "Ryanair", İspaniyanın "Air Europe" və "Iberia Express", Bolqarıstanın "Bulgaria Air", İtaliyanın "ITA", Hindistanın "AirIndia", Polşanın "LOT", Almaniyanın "Eurowings", ABŞ-nin "Delta" və "United", İngiltərənin EasyJet" və digərləri də var.
Qeyd edək ki, daha əvvəl uçuşları dayandıran şirkətlərin qadağanın müddətini uzatdığı bildirilir.
Dönüş reysinin olmaması səbəbindən ölkələrinə geri qayıda bilməyən İsrail vətəndaşlarının sayı 150 minə çatıb.