Bakı. Trend:
Türkiyə rəsmiləri Telegram-a narkotik maddələrin satışı, fahişəliyin təbliği, qumar oyunları və uşaq pornoqrafiyası ilə videoların yayılması üçün istifadə edildiyi üçün onun bloklanması ehtimalı barədə xəbərdarlıq edib.
Trend-in məlumatına görə, Türkiyə Texnologiya və Rabitə Şurası Telegram-ın baş ofisinə qanunsuz fəaliyyət üçün istifadə edilən kanalların bağlanması tələbi ilə 1 mindən çox xəbərdarlıq göndərib, lakin hələ də cavab almayıb.
Türkiyənin 8 milyona yaxın Telegram istifadəçisi var və onların sayına görə dünyada 10-cu yerdədir.
Avqustun 2-də Türkiyədə (Rusiya Federasiyasında qadağan olunmuş, Rusiyada ekstremist kimi tanınan Meta şirkətinə məxsus) Instagram sosial şəbəkəsinə giriş mövcud qanunvericiliyi pozduğuna görə bağlanıb. Avqustun 10-u axşam Türkiyə hakimiyyətinin tələblərinə əməl etmək üçün Instagram ilə razılıq əldə edildikdən sonra ona giriş bərpa edilib.