...

Varşavadan Nyu-Yorka uçan təyyarə bomba təhlükəsi səbəbindən geri çağırılıb

Dünya xəbərləri Materials 12 Avqust 2024 03:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Varşavadan Nyu-Yorka uçan Polşanın LOT aviaşirkətinə məxsus təyyarə göyərtəsində bomba olması ilə bağlı yayılan məlumat səbəbindən geri qayıtmağa məcbur olub.

Trend xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti açıqlama yayıb.

"Təyyarənin göyərtəsində potensial təhlükə barədə siqnal alındıqdan sonra kapitan prosedura uyğun olaraq təcili Varşavaya geri dönmək qərarı verib," - deyə məlumatda qeyd olunur. Polşa paytaxtına endikdən sonra bütün sərnişinlər təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib, uçuş isə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Hadisə ilə əlaqədar aparılan araşdırmalar nəticəsində polis 8 nəfəri saxlayıb və onlara "təyyarədə bombanın olması barədə yalan məlumat yaymaq" ittihamı irəli sürülüb. Bu, sərnişinlər və heyət üçün ciddi narahatlığa səbəb olub, ancaq təhlükə zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti