...

“Crocus City Hall”da terror aktı törədənlərin həbs müddəti uzadılıb

Dünya xəbərləri Materials 29 Avqust 2024 13:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı işdə iştirak edənlərin həbs müddətini uzadıb.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb

“Moskvanın Basmannı rayon məhkəməsinin qərarı ilə Ş.Qadoyev, Z.A.İsmoilov, M.A.Soliyev, U.A.Soliyev, X.Ə.Xamidov həbs müddətini dekabrın 1-dək uzadılıb”, - mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da terror aktı törədilib.

Terrorda 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti