...

"Ford" 90 mindən çox avtomobili geri çağırır

Dünya xəbərləri Materials 1 Sentyabr 2024 07:32 (UTC +04:00)

Bakı. Trend:

"Ford" şirkəti ABŞ-də 90 736 avtomobili nəqliyyat vasitəsinin istifadəsi zamanı mühərrikin sıradan çıxması riskinə görə geri çağıracaq.

Trend xəbər verir ki, bu barədə "US.News" portalı Amerika Milli Yollarda Hərəkətin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.

NHTSA-nın məlumatına görə, geriçağırma 2,7 və ya 3,0 litr həcmli "Nano EcoBoost" mühərriki ilə təchiz edilmiş 2021-2022-ci illərin istehsalı olan bəzi "Bronco", "F-150", "Edge", "Explorer", "Lincoln Nautilus" və "Lincoln Aviator" avtomobillərinə aid olacaq.

Xəbər lenti

Xəbər lenti