...

Durov terrorla mübarizə üçün Fransa və Telegram arasında qaynar xətt yaratmağa kömək etdi

Dünya xəbərləri Materials 6 Sentyabr 2024 02:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Telegram-ın həmtəsisçisi Pavel Durov bildirib ki, o, Fransa hakimiyyətinə onların xahişi ilə ölkədə terror təhlükəsi ilə mübarizə aparmaq üçün Telegram ilə qaynar xətt yaratmağa kömək edib.

Trend-in məlumatına görə, bu barədə Durov şəxsi bloqunda yazıb.

“Fransa hakimiyyətinin mənimlə əlaqə saxlayıb kömək istəmək üçün bir çox yolu var idi. Fransa vətəndaşı olaraq Dubaydakı Fransa Konsulluğuna tez-tez baş çəkirdim. Bir müddət əvvəl məndən xahiş edildiyində, mən şəxsən onlara Fransada terror təhlükəsi ilə mübarizə aparmaq üçün Telegram qaynar xəttinin yaradılmasına kömək etmişəm”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti