...

Tramp Kamala Harislə növbəti debatdan imtina edib

Dünya xəbərləri Materials 13 Sentyabr 2024 00:17 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi, vitse-prezident Kamala Harrislə debatların yeni mərhələsini keçirməkdən imtina etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Sorğular açıq şəkildə göstərir ki, mən çərşənbə axşamı gecə sol təmayüllü Demokratik namizəd Kamala Harrisə qarşı debatda qalib gəldim və o, dərhal ikinci debat tələb etdi. O, "Fox" telekanalında debatlara gəlmədi, eləcə də "NBC" və "CBS"də çıxış etməkdən imtina etdi. Kamala son dörd ildə nə etməli olduğuna diqqətini yönəltməlidir. Üçüncü debat olmayacaq", - deyə D.Tramp qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti