...

Ukraynada müəyyən şəxslərə "Telegram" tətbiqindən istifadə qadağası qoyulub

Dünya xəbərləri Materials 20 Sentyabr 2024 18:33 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynada hökumət üzvləri, hərbçilər, ordu və təhlükəsizlik orqanlarının şəxsi heyəti “Telegram” platformasından istifadə edə bilməyəcəklər.

Trend xəbər verir ki, bu barədə Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Şurası məlumat yayıb.

Bildirilir ki, bu qərar eyni zamanda ölkənin kritik cəhətdən əhəmiyyətli infrastrukturlarının istismarı ilə məşğul olan şirkətlərin əməkdaşlarına da şamil olunacaq.

Bu platformadan xidməti məqsədləri üçün yararlanan şəxslər məhdudiyyətlərdən kənarda qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti