...

İranın Mazandaran vilayətində saxta spirli içkilərdən ölənlərin sayı 25 nəfərə yüksəlib

Dünya xəbərləri Materials 15 Oktyabr 2024 14:05 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftələr ərzində İranın şimalında yerləşən Mazandaran vilayətində saxta spirtli (metil spirti) içkilərdən ölənlərin sayı 25 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti Tibbi Ekspertiza idarəsinin baş direktoru Əli Abbasi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, saxta spirtli içkilərdən istifadə etmək nəticəsində ölənlərin 21-i kişi, 4-ü isə qadındır.

Abbasi spirtli içkilərdən istifadə nəticəsində başağrı, gicəllənmə və görmə qabiliyyətinin zəifləməsi ilə üzləşən şəxslərin dərhal tibb mərkəzlərinə müraciət etmələrini məsləhət görüb. Çünki bu, metil spirtindən zəhərlənmənin simptomlarından hesab olunur.

Abbasi qeyd edib ki, indiyədək vilayətdə spirtli içkilər satmaqla məşğul olan bir neçə nəfər saxlanılıb.

Qeyd edək ki, İranda spirtli içkilərin istifadəsi qadağandır. Spirtli içkilər adətən ya başqa ölkələrdən gətirilir ya da ölkədə gizli məkanlarda istehsal olunur.

Xəbər lenti

Xəbər lenti