Bakı. Trend:
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) Londonda meymunçiçəyinin “Clade 1b” adlı ştamının aşkarlandığını bildirib.
Trend bu barədə xarici KİV-lərə xəbər verir.
Məlumata görə, meymunçiçəyinin “Clade 1b” ştamı Böyük Britaniyada ilk dəfə aşkarlanıb.
Qeyd edək ki, bu vaxtadək Afrikada “Clade 1b” ştamından azı min nəfər ölüb.
“Clade 1b” ştamı meymunçiçəyinin 2022-ci ildən Böyük Britaniyada yayılan ştamlarından fərqli variantdır və onun daha ağır xəstəliyə səbəb olduğu düşünülür.