Bakı. Trend:
Kemi Badenok Mühafizəkarlar Partiyasının liderlik yarışında qalib gələrək partiyanın yeni lideri olub.
Trend xəbər verir ki, o, 53 min 806 səs toplayaraq qələbə qazanıb. Rəqibi Robert Cenrik isə 41 min 388 səs toplaya bilib.
Nəticələri elan edən “1922 Komitəsi”nin sədri Bob Blekmən bildirib ki, ümumilikdə seçkilərdə səsvermə hüququna malik olan 131 min 680 partiya üzvünün 72,8 faizi iştirak edib.