...

Pavel Durov ilk dəfə Paris məhkəməsində "Telegram" işi üzrə dindirilib

Dünya xəbərləri Materials 7 Dekabr 2024 00:47 (UTC +04:00)
Pavel Durov ilk dəfə Paris məhkəməsində "Telegram" işi üzrə dindirilib

Bakı. Trend:

"Telegram"ın həmtəsisçisi Pavel Durov Fransada həbs olunduqdan sonra ilk dəfə olaraq messencerdən istifadə etməklə həyata keçirilən cinayət fəaliyyətlərində mümkün əlaqəsi olması ilə bağlı işin mahiyyəti üzrə dindirilmək üçün Paris məhkəməsinə gəlib.

Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi xəbər verib.

Məlumata əsasən, P.Durov vəkilləri David-Olivyer Kaminski və Kristof İnqren ilə birlikdə yerli vaxtla təxminən saat 10:00-da məhkəməyə gəlib. O, məhkəmənin gedişi və ona qarşı irəli sürülən ittihamlarla bağlı mediaya açıqlama verməkdən imtina edərək, yalnız “Fransa ədalətinə inandığını” deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti