...

Türkiyədə məhkəmə binasına silahlı hücum - Ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 13 Dekabr 2024 13:08 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə məhkəmə iclas zalında iddiaçının atası jandarmanın silahını ələ keçirərək, iki nəfəri öldürüb, iki nəfəri yaralayıb.

Trend-in Türkiyə KİV-ə istinadən xəbərinə görə, hadisə Bursa Ədliyyə Sarayının Uluyol rayonundakı binasında, Bursa 6-cı Ağır Cəza Məhkəməsində saat 11:00 radələrində baş verib.

Məlumata görə, iddiaçının atası məhkəmə zalında iki təqsirləndirilən şəxsə atəş açıb. Hücuma dərhal jandarma və polis müdaxilə edib.

Qeyd edilib ki, hadisə yerinə çoxsaylı təcili yardım maşını və əlavə polis qüvvələri cəlb olunub, məhkəmə binası təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti