...

Britaniya La-manşda üzən Rusiya gəmilərini saxlaya bilər

Dünya xəbərləri Materials 27 Yanvar 2025 13:03 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyalı hərbçilər Böyük Britaniya sahillərində rusiya gəmilərini saxlamağa hazırdır.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Rusiya gəmilərinin sualtı boru kəmərlərinə və naqil xəttlərinə qəsdən zərər vurmasına dair sübutlar olarsa, Britaniya silahlı qüvvələri həmin rus gəmilərinin göyərtəsinə qalxıb, onları (ekipaj üzvlərini) saxlaya bilər”, -məlumatda qeyd olunub.

Qeyd edilir ki, belə addımların gerçəkləşdirilməsi üçün “ən yüksək səviyyədə” siyasi iradəyə ehtiyac yaranacaq.

Xatırladaq ki, yanvarın 22-də Böyük Britaniyanın Müdafiə naziri Con Hili, nazirliyin Rusiyanın okeanı tədqiq edən “Yantar” gəmisini müşahidə etmək üçün La-Manş boğazına iki gəmi göndərdiyini bildirmişdi. Onun sözlərinə görə, tədqiqat gəmisindən kəşfiyyat məlumatları toplanılır və casusluq məqsədilə istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti