...

HƏMAS vasitəçilərlə danışıqlar aparmaqdan imtina edib

Dünya xəbərləri Materials 24 Fevral 2025 01:25 (UTC +04:00)
HƏMAS vasitəçilərlə danışıqlar aparmaqdan imtina edib

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı İsrail fevralın 22-də azad edilməli olan bir qrup məhbusu azad edənə qədər vasitəçilərlə danışıqlar aparmaqdan imtina edib.

Trend-in məlumatına görə, bu barədə hərəkatın nümayəndəsi Mahmud Mardavi bildirib.

"Altı israilli girovun [təhvil verilməsi] müqabilində razılaşdırılmış məhbuslar azad edilənə qədər düşmənlə vasitəçilər vasitəsilə heç bir danışıqlar aparılmayacaq", - deyə o bildirib.

"Biz vasitəçilərdən düşməni razılaşmanı yerinə yetirməyə məcbur etməyi tələb edirik", - deyə "HƏMAS"ın nümayəndəsi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti