...

Avropa İttifaqı liderləri Kiyevdə: Ukraynada sammit keçiriləcək

Dünya xəbərləri Materials 24 Fevral 2025 10:36 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta Kiyevə rəsmi səfər ediblər.

Trend xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Məlumata görə, Ukrayna paytaxtında ittifaqa üzv olan dövlətlərin liderlərinin zirvə toplantısı keçiriləcək və Ukrayna nümaqişəsinin sülh yolu ilə nizamlanması və təhlükəsizlik zəmanətləri kimi prioritet məsələlər müzakirə olunacaq.

Qeyd edilir ki, bundan əvvəl “Böyük Yedillik” (G7) ölkələrinin sammitdə Kiyev üçün təhlükəsizlik zəmanətlərinin təmin olunması ilə Ukraynada uzunmüddətli və ədalətli sülh şəraitinin yaradılmasına çağıran sənəd təqdim etməyə hazırlaşdığı barədə məlumatlar yayılmışdı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti